I Abdulla

I Abdulla
Abdulla ibn Hüseyn
25 may 1946 – 20 iyul 1951
Şəxsi məlumatlar
Doğum tarixi 2 fevral 1882(1882-02-02)
Doğum yeri
Vəfat tarixi 20 iyul 1951(1951-07-20)[1][2][…] (69 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
Fəaliyyəti monarx
Atası Hüseyn ibn Əli əl-Haşimi
Ailəsi Haşimilər
Dini sünni islam, islam
Rütbəsi Feldmarşal
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

I Abdulla (2 fevral 1882, Məkkə, Hicaz vilayəti20 iyul 1951[1][2][…], Qüds) — İordaniya kralı.

Hicaz əmiri Hüseyn ibn Əli əl-Haşimi (Şərif Hüseyn) oğlu Abdulla, ingilislərin dəstəyi ilə 1921-ci ildə Maverai İordaniya Əmirliyinin başçısı oldu.[3] Əvvəlcə Paeke Paşa, sonra isə Qlubb Paşa üçün təşkil etdiyi "Ərəb legionu" Kərkük-Hayfa neft kəmərinin qorunmasını təmin etdi. II Dünya Müharibəsi zamanı əmirlik sərhədindən xaricə də müdaxilə etmişdi. 1946-cı ildə İngiltərə ilə ittifaqdan sonra ölkə müstəqil oldu və 1949-cu ildə ilk İordaniya kralı olaraq tacqoyma mərasimi keçirdi. SuriyaLivanı daxil edəcək bir dövlət qurmağa çalışarkən öldü.

Əmir Abdulla Əfəndi ömrü boyu ingilislərin sadiq bir dostu olaraq qaldı. Sarayında çərkəzləri mühafizəçi olaraq yerləşdirmiş və oğlunun problemsiz hakimiyyətdə qalmasını təmin etmişdi. Haşimi nəslindən olması iddiası bu günə qədər sübut edilməyib.

Qardaşı Faisal ingilis dostları sayəsində İraq Əmiri oldu. Osmanlı İmperiyasının Ərəbistan yarımadasından çıxarılmasında fəal rol oynayan ingilislər ata Şərif Hüseyni Hicaza, oğulları İraq və İordaniyaya əmir təyin etdi.

I Abdulla 1951-ci ildə Cümə namazından çıxarkən Qüdsdə bir fələstinli tərəfindən öldürüldü.

  1. 1 2 Abdullah I // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Abdallah Ibn al-Husain // Brockhauz Ensiklopediyası (alm.).
  3. "Amir Abdullah's Bodyguard on Camels with Red, Green and White Standard at Far Left" (İngilis). wdl.org. 2015-10-05 tarixində arxivləşdirilib.

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Nelliwinne